Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

İQTİSADİYYAT
17:18 23.01.2020
7168
"Bakcell”in Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə inkubasiya proqramının iştirakçıları üçün "Demo Day” (Demo Günü) tədbiri keçirib.

Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Bakcell və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının finalçıları öz nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli startaplara investisiya yatırmaq marağında olan şirkətlərin nümayəndələri və biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar. Bakcell tərəfindən dəstəklənən "Bon.az” (www.bon.az - onlayn "cashback” xidməti), "Towaves” (www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkə) və "Fonibo” (www.fonibo.com - ərzaq və yeməklərin çatdırılması platforması) startapları da layihə və gələcək planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək imkanı qazanıblar.

2018-ci ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. İnkubasiya müddəti ərzində startap komandaları öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edirlər.

Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:36 04.07.2020

Azərbaycana gələn 3 həkim geri qayıtdı, 19-u karantinə alındı

13:27 04.07.2020

İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - Fotolar

13:06 04.07.2020

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb

23:44 03.07.2020

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət etdi

23:23 03.07.2020

Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü