Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir
SOSİAL
22:19 17.11.2026
39
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.

Hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.

Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.

Qeyd edək ki, Eldar İsmayılov 2010-cu il oktyabrın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlik fəaliyyətinə başlayıb.

O, hakim olduğu müddətdə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.
 
Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR