Bakı can verir....Xəyalə ƏliyevaGecəni heç yata bilmədim, səhər saatlarıydı, uyumağa çalışsamda alınmadı. Yerimdən qalxıb, pəncərədən göylərə baxdım.. Qəribə rəng idi səma.. Bakıda hər şey ağ-qaradan ibarət idi.. Bu qədər səs-küy, bəzədilmiş binalar burəngsizliyi gizlədə bilmirdi.Geyinib bulvara getdim. Təmiz, tutqun hava və narın yağış mənim ruhuma bənzəyirdi. Bilmirəm, ya Bakı mənim rəngimi alıb, ya da mən Bakının rəngsizliyinə bürünmüşəm. Bakı rəngini itirib, məndən rəng istəyir.. Dünyanın ən küləkli şəhəri yerini sükünətə verib, uşaq kimi gizlin-gizlin ağlayırdı. Mən hiss edirdim, elə mənim də vəziyyətim Bakıdan fərqli deyildi. İlk dəfə idi ki, onu bu qədər yaxşı başa düşürdum. İnsanlara fikir verirdim, hec kimin vecinə də deyildi..Bakının hönkürtüləri ....Ayaqları çarpaz qızlar qısa geyimdə sevgilisindən bərk-bərk yapışıb, hundür daban ayaqqabının verdiyi əzabı üzlərində gizlədib, süni xoşbextlik saçırdılar ətrafa... Mən onları oxuyurdum, onlar məni süzürdülər. Bardan yeni cıxıb , yeni tanıdığı müştəriylə, bir saatlıq da olsa içində basdırdığı romantika xətrinə əl-ələ tutan fahişə də var idi... Küçədə gəzişən itlər kimi bir sürü oğlan yığını burunlarının suyunu axıda-axıda yeniyetmə qızların axtarışına çıxmışdılar ...Artıq çəkidən xilas olmaq üçün ət kombinatı üçün yararlı olan qızlarımız , qulağında “nauşnik” ,əlində bulkası, arıqlamaq üçün həm yeyir həm də qaçırdılar...Düz Xəzərin sahilində soyuq daşın üstündə oturub, isti-isti öpüşənlər isə gözə iynə kimi batırdı.Başa düşə bilmirəm, belə soyuq yerdə fransız öpuşü olsa belə necə həzz almaq olar!? Sonra bir qız gördüm. Həmin daşların üstündə oturmuşdu. Gözəl saçları var idi. Saçını sevgilisi yox, külək öpürdü. Sakit sakit aglayırdı görünür ona külək yox sevgi lazım idi....Onun ağrılarını qəlbimdə hiss elədim. Qız başını qaldırıb mənə kinayə ilə baxdı, sanki baxışları ilə ”ürəyində nə var, niyə baxırsan? sən heç sevməmisən?” sualını verdi... mən üzümü dərhal Xəzərə çevirdim, uçuşan qağayılara.. Sanki onların bayramı idi, olduqca cox idilər, bir qadın evindən gətirdiyi boyat çörəkləri qağayılara qırıb tökürdü. Üstündə ele ağır yük var idi ki, qağayıları izləmək, yemləmək belə üzündəki kədəri gizlədə bilmirdi ...Dəniz limanından, kristal holla kimi sadəcə gördüklərimin bir hissəsiydi yazdıqlarım.. Onlar da məni görürdü, amma nədənsə baxışlarımız toqquşanda tez gözlərini yayındırırdılar. Bəlkə də onlarda məni, mənim onları gördüyümdən fərqli görmürdülər....Bakının gözləri dolmuşdu.. Bakı yorulmuşdu.. Bakının qanayan yarası var idi....Ciyərimə çökmüş kədəri, gözlərimə dolmuş yaşı.. kürəyimdə hiss etdiyim yüküı....Bakı can verirdi...