"Maşın sürürəmsə, bu o demək deyil ki, başımdan pul tökülür. İnsanların pulu yoxdur, sadəcə uşaqlarını sərgiyə gətirmək istəyirlər”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri bir qadın sosial şəbəkədəki paylaşımında qeyd edib. O, bazar günü Bakı Ekspo Mərkəzində keçirilən kitab sərgisində avtomobil dayanacağı üçün ödəniş tələb olunmasından narazılığını bildirib.
"Bu AzParking-ə kim nəzarət edir? Bu gün uşaqları götürüb kitab sərgisinə getmişdik. Bazar günü AzParking ödənişsiz olur. Sərgini gəzib çıxmışıq, maşını işə salıb gəlmək istəyəndə şlaqbaum açılmır. O biri tərəfdən biri qaça-qaça gəlib deyir ki, ödənişlidir. Deyirəm, bəs bazar günü ödənişsiz deyil? Bildirirlər ki, Bakı Ekspo Mərkəzində ödənişsiz deyil. Səbəb nədir? Burada mənim maşınıma hansı xüsusi xidmət göstərilir ki, belə edirsiniz?”
Vətəndaş uşaqlarını sərgiyə gətirən ailələrdən bir saatdan az müddət üçün 2 manat parklanma haqqı alınmasına narazılığını bildirib:
"Onsuz da bu insanların yetərincə xərci var. Mən maşın sürürəmsə, bu o demək deyil ki, başımdan pul tökülür. İnsanların pulu yoxdur, sadəcə uşaqlarını sərgiyə gətirmək istəyirlər. İki manat da ödəniş alırlar. Heç bir saat gəzmədik sərgidə. AzParking bu cür şeyləri nə vaxt yığışdıracaq?”.
Fəridə Əsədzadə











































