Bakı sakinlərinin çoxu əmindir ki, Azərbaycan bir ay sonra keçiriləcək “Eurovision” müsabiqəsini layiqincə keçirəcək. ”Rəy” Monitorinq Mərkəzinin bakılılar arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
Sorğu iştirakçılarının 81%-i belə hesab edir ki, hər şey deyilən müddətdə hazır olacaq və Azərbaycan “Eurovision -2012 ” müsabiqəsini müvəffəqiyyətlə həyata keçirəcək. 52 % - “hə, əlbəttə”, 29 % - “ehtimal ki, hə” cavabı verib, 11 % - cavab verməyə çətinlik çəkib.
Yeri gəlmişkən, bakılıların Avropa miqyasında keçirilən mahnı bayramına marağı kəskin artıb: Keçən il 15-16 mayda (Almaniyada keçirilən müsabiqədən dərhal sonra) keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə 59 % sorğu iştirakçıları konsertləri izləyib. İndi isə sorğu iştirakçılarının 80 %-i “Eurovision - 2012” müsabiqəsinə tamaşa etmək istəyini bildirib. Bunlardan 8 % - “konsert zalında olmaq, baş verənləri yaxından görmək ”, 68 % - konsertə TV vasitəsi ilə tamaşa etmək istəyir , 6 % - isə bu hadisəni qaçırmamaq istəsədə, bunun alınıb - alınmayacağına əmin deyil. Qalan 18 % müxtəlif səbəblərdən məqsədyönlü şəkilkdə müsabiqəni izləyəcəyinə əmin deyil .4% - belə hadisələrin həvəskarı deyil, 7% - qərar verməyib, 7% - ümumiyyətlə bunlara etinasız yanaşır.Ehtimal edildiyi kimi, müsabiqəyə ən çox 18- 24 yaşlı gənclər arasında (78%) ,ən az 60 yaşlı bakılıar arasında (6%) maraq qeydə alınıb. Keçən ilki sorğu zamanı da analoji göstəricilər qeyd edilib. Ermənistan nümayəndə heyətinin Bakıya gəlməkdən və “ “Eurovision - 2012” müsabiqəsində iştirak etməkdən imtina etməsi barədə sorğunun cavabları da gözlənilən olub.
Sorğu iştirakçılarının mütləq əksəriyyəti (87%) bu qərara etinasız yanaşıb, onlarda heç bir emosiya yaranmayıb 2% bunu müsbət, 2 % mənfi qarşılayıb.9 % cavab verməyə çətinlik çəkib. İctimai rəy sorğusu aprelin 9-10-da aparılıb. Yaşı 18-dən yuxarı olan təxminən 900 nəfər sorğuda iştirak edib.