Bakı metrosundan istifadə şərtləri açıqlandı

Bakı metrosundan istifadə şərtləri açıqlandı
SOSİAL
14:29 11.09.2020
688
"Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.

AZXEBER.COM-un məlumatına görə, müraciərdə sentyabrın 14-də metro açıldıqdan sonra ondan istifadə şərtləri açıqlanıb. 

Şərtlər aşağıdakılardır:

- Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

- Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

- Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.

- Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

- "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır! Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.

- Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.

- Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq.

- Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

- Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.

- Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb.

- Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

- Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb