"Bakı Olimpiya Stadionu "Qarabağ"ın ev oyunları üçün hazırdır"

"Bakı Olimpiya Stadionu "Qarabağ"ın ev oyunları üçün hazırdır"
İDMAN
18:19 30.08.2017
1288

"Bakı Olimpiya Stadionu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını qəbul etməyə hazırdır".

Bunu "Report"a stadionun direktoru Cavid Qarayev deyib. C.Qarayev bildirib ki, arenanın ot örtüyü "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarından sonra qaydasına düşməyə başlayıb: "Heç kimə sirr deyil ki, İslamiadadan sonra ot örtüyündə yenilənmə aparılıb. Hazırda ot kökünün bərkimə prosesi gedir. İlk oyuna qalan müddət ərzində meydanın vəziyyəti tam qaydasına düşəcək".

Artıq stadionun durumu ilə "Qarabağ" nümayəndələri, o cümlədən, komandanın baş məşqçisi Qurban Qurbanov da maraqlanıb. Direktorun sözlərinə görə, meydanın durumu ilə bağlı mövqeyini klubun özü açıqlamalıdır. Bununla belə, C.Qarayev arenanın UEFA tələblərinə tam uyğun olduğunu vurğulayıb. O, stadion əməkdaşları ilə iclas keçirərək müvafiq tapşırıqlar verdiyini də deyib: "Oyunlar stadionumuzda keçirilsə, infrastruktur, təhlükəsizlik, mühafizə, media nümayəndələrinin yerləşdirilməsi kimi məsələləri də yoluna qoymalıyıq. Bugünkü iclası da görəcəyimiz işləri müəyyənləşdirmək üçün keçirmişdik".

"Bəs "Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirsə, Azərbaycan millisinin oktyabrın 5-də bu arenada Çexiya ilə nəzərdə tutulan oyununun yeri dəyişdirilə bilərmi?" sualını isə C.Qarayev "Bu, AFFA-dan asılı məsələdir" deyə cavablandırıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko", noyabrın 22-də isə İngiltərənin "Çelsi" komandalarına qarşı keçirəcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı