Ucarda yük maşını yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "Ford” markalı yük maşını anidən alışıb.
Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.