Bakı-Tbilisi-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı

Bakı-Tbilisi-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı
İQTİSADİYYAT
16:22 05.12.2013
1982

Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoyuluşları üçün münbit şərait yaradılıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədovİstanbulda keçirilən III Xəzər Forumunda çıxışı zamanı deyib.

O, qeyd edib ki, son beş il ərzində ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil edib:“Beynəlxalq tranzit üçün əlverişli mövqeyə malik olan Azərbaycanda nəqliyyat sektoru xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Qafqazdan keçən bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Ticarət Limanın inkişafını qeyd etmək istərdim”.Nazir bildirib ki, regionda həyata keçirilən qlobal enerji layihələri ilə yanaşı Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının məntiqi davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası sürətlə davam etdirilir:“2014-cü ilin sonunda ilk sınaq qatarının buraxılması nəzərdə tutulub. Bu Avropa ilə Asiyanı birləşdirən yeni birbaşa dəmir yolu bağlantısının yaranmasını təmin edəcək”.Z.Məmmədovun sözlərinə görə, dəmir yolu nəqliyyatında infrastrukturun tam yeniləşməsi, yeni lokomotiv və vaqonların alınması üzrə işlər aparılır ki, bu da öz növbəsində qatarların sürətinin artmasına, gələcəkdə sürət qatarlarının tətbiqinə imkan verəcək, daşımaların tez və təhlükəsiz həyata keçirilməsini təmin edəcək:“Avtomobil yolları infrastrukturunun inkişafı, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı iri miqyaslı layihələrin icrası həyata keçirilir. Magistral avtomobil yollarında aparılan yenidənqurma işləri yerli daşımalarla bərabər beynəlxalq avtomobil daşımalarının da asanlaşdırılmasına və yol hərəkəti təhlükəsizliyinin qorunmasına şərait yaradacaq”.Nazir bildirib ki, Xəzərdə dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlər alınaraq istifadəyə verilib. Məqsəd yüklərin Azərbaycan üzərindən tranzit keçidi üçün vaxt və məsafə baxımında daha əlverişli şəraitin yaradılmasıdır: “İpək yolunun mərkəzində yerləşən ölkələrdən biri kimi Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir. Bu layihələr İpək yolunun canlanmasına, Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil, bərə, dəmir yolu bağlantılarının yaradılmasına yönəldilib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”