Bakıda 1 sotu fantastik qiymətə torpaq satılır - VİDEO

Bakıda 1 sotu fantastik qiymətə torpaq satılır - VİDEO
SOSİAL
21:24 06.07.2026
287
Paytaxtda 1 sotunun qiyməti milyon manat, hətta 2 milyona yaxın olan torpaq sahələri satışa çıxarılıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, son günlərdə elan saytlarında xüsusən paytaxtın mərkəzi ərazilərində torpaq sahələrinin yüksək qiymətlərlə satışı müşahidə olunur.

Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, paytaxtın bəzi ərazilərində son 10 il ərzində torpağın 1 sotunun qiyməti yarım milyon manatdan çox artıb.

Vüqar Oruc qeyd edib ki, Badamdar qəsəbəsi, "28 May” metrosuna yaxın ərazilər də daxil olmaqla digər mərkəzi ərazilərdə də qiymət artımı yüz min manatdan çoxdur.

Vüqar Oruc bildirib ki, müşahidə olunan qiymət artımı həm infrastrukrtun inkişafı, həm də torpaq sahələrinin məhdud olması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR