Bakıda intihar hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi , Ağa Nemətulla küçəsi-7 a ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü İlkin Ağarəhim oğlu Rəhimov yaşadığı evin həyətində özünün ağacdan asaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.