Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə "Hyundai" ...

Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə "Hyundai" ...
SOSİAL
17:06 21.09.2018
89069

Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov yeni model 99 MH 441 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra”nın sürət qutusunda yaranmış problemlə bağlı ustaya müraciət edib. Dünən təmir prosesindən sonra avtomobil sahibi, onun dostu Həsən Məmmədsadıqov və avtomobil ustaları ilə birgə maşının vəziyyətini yoxlamaq üçün yola çıxıblar.

Avtomobil Nobel prospektində hərəkətdə olarkən hələlik dəqiqləşməyən səbəbdən sürücü sürət həddini nizamlaya bilməyib. İlkin ehtimala görə, sürət qutusunda yaranan problem səbəbindən avtomobilin idarəetməsi mümkünsüz olub və dəhşətli qəza baş verib.

Bəzi məlumatlarda avtomobildə qaz balonunun partladığı bildirilsə də, bu iddia təsdiqini tapmayıb. Artıq vəfat edən gənclərin cənazələri ailələrinə verilib və onlardan avtomobil ustası, Bilalov Hafiz Cəlaləddin oğlu doğulduğu Qəbələnin Aydınqılşaq kəndində dəfn edilib.

Qeyd edək ki, dəhşətli qəzada sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olub.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş. /// publika.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
11:45 07.07.2026
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
11:08 07.07.2026
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
11:03 07.07.2026
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
11:02 07.07.2026
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
10:55 07.07.2026
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
10:54 07.07.2026
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
10:51 07.07.2026
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
10:48 07.07.2026
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
10:43 07.07.2026
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
10:38 07.07.2026
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
10:09 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
10:09 07.07.2026
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
"DreamDoll Bri" Floridada atışmada öldü
10:06 07.07.2026
"DreamDoll Bri" Floridada atışmada öldü
“Azeri Light” bu gün neçəyə satılır?
09:53 07.07.2026
“Azeri Light” bu gün neçəyə satılır?
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
09:41 07.07.2026
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır
09:38 07.07.2026
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır