Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü

Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü
HADİSƏ
11:31 25.04.2026
291
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində tikinti zamanı baş verib.

Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə çırpılıb. O, aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırmalar aparılır.
 
Oxu.Az
OXŞAR XƏBƏRLƏR