04:36 çərşənbə Axşamı, 18 Iyun 2019
SOSİAL

Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTOLAR

18:04, 10.05.20197077
Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTOLAR
Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.

AZXEBER.COM xəbər verir ki, Rena Gely Vidmer adlı şəxs öz paylaşımında bacısı Geli Rim Abdel Raxmanın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun gəlini olduğunu qeyd edib. Həmin paylaşımı sizə təqdim edirik: 

"Əziz dostlar, Şəkildəki mənim bacım Nunadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib.

Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovdur. Əri hər gün içib, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir. O vaxt bacım uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib.

Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin! 

Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir. 

Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb. 
Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir! 
 
Qeyd edək ki, paylaşımla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 



 
XƏBƏR LENTİ