Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb
SİYASƏT
16:39 19.08.2026
244
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
 
 

OXŞAR XƏBƏRLƏR