Bakıda daha bir yeraltı avtomobil dayanacağı salınır

Bakıda daha bir yeraltı avtomobil dayanacağı salınır
Bütün Xəbərlər
20:26 29.12.2012
1013
Azərbaycan prezidenti İlham Əliyev Bakının Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlətimizin başçısına məlumat verib.Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Paytaxtın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur, tıxacların aradan qaldırılması ilə bağlı əsaslı işlər görülür. Paytaxtın Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının və park kompleksinin inşası tıxacların aradan qaldırılması və əhalinin rahat gediş-gəlişinin və istirahətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.Diqqətə çatdırılıb ki, kompleksin birinci və ikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaq. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşəcək. Bu mərtəbədə, eyni zamanda, dayanacağın üstündə salınacaq parkdakı fəvvarələrin texniki stansiyaları, parkın suvarılması üçün nəzərdə tutulan su anbarı yerləşəcək. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulub. Burada indiyədək ümumilikdə 205 min kvadratmetr sahədə inşaat işləri görülüb.Məlumat verilib ki, avtomobil dayanacağında yanğın təhlükəsizliyi ilə bağlı 31 əlavə giriş-çıxış olacaq. Dayanacaqda bütün texniki xidmətlər ən müasir standartlara cavab verəcək. Dayanacağın üstündə isə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaq. Kompleksə əhalinin rahat və təhlükəsiz gediş-gəlişi üçün 7 yeraltı piyada keçidinin inşa olunacağı qeyd edilib.Bildirilib ki, yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaq. Əlillər üçün də əlavə 10 eskalator quraşdırılacaq. Kompleksin yaxınlığında - Fizuli küçəsindəki 39 nömrəli yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcək. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın “Bressel” şirkəti həyata keçirəcək. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı abadlıq-quruculuq işləri də görüləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb