Bakıda gecə saatlarında dəhşət: Ölənlər var

Bakıda gecə saatlarında dəhşət: Ölənlər var
SOSİAL
00:29 15.10.2023
3224
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli  AZXEBER.COM-a bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.
OXŞAR XƏBƏRLƏR