Bakıda iki qardaş bıçaqlandı, biri öldü

Bakıda iki qardaş bıçaqlandı, biri öldü
Bütün Xəbərlər
12:31 31.08.2015
863

Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Suraxanı rayon Prokurorluğundan  verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər. Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.

//trend

OXŞAR XƏBƏRLƏR