Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
HADİSƏ
12:34 02.05.2026
467
Bakıda göldən meyit tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini olan 58 yaşlı Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.
 
\lent.az
OXŞAR XƏBƏRLƏR