Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar

Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar
SOSİAL
19:04 25.10.2026
232
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.

Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.

Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə hakimlərin özü-özünə etiraz ərizələri müvafiq qaydada baxılaraq həll edilməsi, habelə materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR