Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirdi

Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirdi
SOSİAL
15:08 16.08.2017
1950

 

Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb.

Bu barədə Trend-ə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə ittiham olunaraq Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qadın zərərçəkmiş Elman Cəfərovun şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs 280 min dolları ələ keçirməkdə ittiham olunub. T.Eyyubova 9 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İstintaqın gedişatında ittihamın əsassız olduğu aşkarlanıb, qadının şərləndiyi müəyyən edilib.

"Guya Elman Cəfərovun 280 min ABŞ dollarını ələ keçirməyə görə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Tamilla Eyyubova 9 ay həbsdə qalmasına baxmayaraq, həbsdən azad edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Hər iki şəxsin Gürcüstan Respublikasında şərikli hotel işlətmələri müəyyən edilib. Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc əldə edə bilməyərək, əsas məbləği belə qaytara bilməyiblər”, - vəkil bildirib.

"Ən maraqlısı, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxs Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tutdurmusan, bunu əsəbiləşərək etdiyini deyib. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyinə görə və sonuncunun ölkəni tərk edib getməməsi üçün onu qısqanclıq zəminində həbs etdirib. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”, - deyə vəkil əlavə edib.

T.Eyyubova həbsdən azad edilərək barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi