Bakıda maşın oğrusu tutuldu

Bakıda maşın oğrusu tutuldu
SOSİAL
16:57 25.01.2020
4490
Bakıda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yanvar ayının 20-i saat 15:00 radələrində Yasamal rayonu, Cəfərov qardaşları küçəsindən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü V.Bağırova məxsus "Tofaş” markalı avtomobil qaçırılaraq, başqa ünvana aparılıb. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, "Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini 1987-ci il təvəllüdlü R.Qurbanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR