Bakıda məhşur polkovnikin ''Range Rover''li bacısı oğlu keçmiş sevgilisinə zülm edir - Şok kadrlar

Bakıda məhşur polkovnikin
SOSİAL
18:19 19.12.2016
4193

 

 

Bakıda polis mayoru ilə sevgi həyatı yaşamış xanım bir vaxtlar ona şirin görünən anlarının indi acısını çəkir. Sevgi bağları bir müddət əvvəl qırılsa da, həmin polis onun həyatını alt-üst etməklə məşğuldur. Söhbət Bakı sakini Aynurə Yusifova ilə Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovdan gedir. 

Criminal.az bildirir ki, A.Yusifova mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub. Lakin 2014-cü ildə Anarla münasibətləri soyuyub. Ayrılmaq istəsə də, Anar bunu qəbul etməyib və münasibətin bitməməsi üçün ona hədə-qorxu gəlib, uşaqlarımı oğurlatdıracağı, özünü isə öldürtdürəcəyi ilə qorxudub. Hətta üzünə kislota atıb yandıracağını da deyib. 

Lakin A.Yusifova bütün təhdid və hədələrə məhəl qoymayaraq ayrılmaqda israrlı olub. Bütün hadisələr də məhz bundan sonra başlayıb. A.Qafarov şəhərin təhlükəsizlik kameralarından vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq izləməyə başlayıb. Özünə məxsus "Range Rover” markalı avtomobillə yolumu kəsib, gecə saatlarında evinə zəng edərək qorxudub və sair...

Məsələ ilə bağlı A.Yusifovanın vəkili Ceyhun Yusifov Criminal.az saytına açıqlamasında A.Qafarov barədə hüquq-mühafizə orqanlarına şikayətlər olunmasına baxmayaraq, heç bir tədbir görülməməsindən şikayətləndi. Vəkilin sözlərinə görə, A.Yusifova ilə bağlı hüquq-mühafizə orqanlarına 100-dən çox şikayət olunsa da, nəticə yoxdur: ''Maraqlı nüanslardan biri ondan ibarətdir ki, Daxili İşlər Nazirliyinin rəhbərinə kimi müraciət olunsa da, bu günə qədər araşdırma aparılmayıb. Niyə? Polis əməkdaşı ictimaiyyətə, rəhbərliyinə qarşı bu qədər hörmətsiz davarana bilərmi? Görünür onun himayədarı var. Bəllidir himayədarı kimdir. Həmin şəxs Daxili İşlər Nazirliyində yüksək vəzifə tutur''.

C.Yusifov əlavə etdi ki, o adam bütün günü xanımı təhdid edir, vəzifə səlahiyyətindən istifadə edərək izləyir, ev telefonuna zəng edir, günün istənilən saatında xanımın evinin ətrafından əl çəkmir, qadağan olunmuş siqnallardan və işıqlardan istifadə edir.

''Bütün mobil operatorlardan Aynur xanımın adına olan bütün nömrələrdən çıxarış etmək səlahiyyəti əldə edib saxta yolla. Qız kimə mesaj yazır, zəng edirsə hamısını çıxardır. Lakin bununla baxlı araşdırma aparılmır. Altı daxili həhqiqat orqanı var. Bəs onlar nə işlə məşğuldular? Aynur xanımı üzünə kislota tökməklə hədələyir, döyür, avtomobili küçənin hərəkət istiqamətində saxlayaraq üstünə hücum çəkir. Anarın hərəkətlərinə görə Aynur xanımın anası reanimasiyada yatıb. Anarın məqsədi qızdan heyf çıxmaqdır. Konkret olaraq qız deyir ki, aramızda rəsmi heç nə yoxdur, uzaq dur. Bu adam isə əl çəkmir. Ən acınacaqlıdır ki qızı Daxili İşlər Nazirliyinin bir rəhbər şəxsi də qəbula çağırmadı. Əgər Daxili İşlər Nazirliyi Anarın himayədarlarının təsiri ilə araşdırma aparmaq imkanları yoxdursa və ya həmin mötəbər şəxsə hörmət olaraq araşdırma aparmaq istəmirlərsə, biz məcbur olub alternativ dövlət qurumu olan Təhsil və Səhiyyə nazirliklərinə müraciət edəcəyik. Bəlkə həmin qurumnlar Anarın işi ilə bağlı araşdırma aparırlar''-deyə vəkil vurğulayıb. 

Anar Qafarov isə Criminal.az-a açıqlamasında dayısının idarə rəisi olmasını, eyni zmanda A.Yusifovanı təhdid etməsini şər-böhtan adlandırdı: ''Onlar mənə şər atır, siz də onun şər-böhtanı ilə məğulsunuz. Mən də onları məhkəməyə verəcəm. Mənə qarşı belə işlər görürlər. Vermişəm məhkəməyə. Bu gun vəkil tutub məhkəməyə verdim. Mənim şərəf və ləyaqətimə sataşırsınız. Görmürsünüz ki şər-böhtandır? Onun videolarının tarixinə baxın. Hamısı yalandır. Mən heç o adamı görmürəm. Ayıbdır, onun sozu ilə mənə zəng edirsiniz. Hörmətli prezidentimiz var, belə işlərlə məşğul olmayın. Hamımız elə bir adamla işləyirik. Avararanın sözünə inanmayın. Şikayətimi prezidentə edəcəm. Pozgun və küçə adamının söz ilə mənə zəng edirsiniz. Mənim dayım yoxdu''.

Criminal.az saytının əldə etdiyi məlumata görə, Anar Qafarovun dayısı Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayevdir.  



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT