Bakıda “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyası göstəriləcək

MƏDƏNİYYƏT
17:27 23.01.2012
2618
Yanvarın 30-da Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəb-bədii tədbir keçiriləcək.Teatrdan verilən məlumata görə, tədbir teatrın "Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində reallaşacaq. Şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiya göstəriləcək. Həmçinin, Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlıdır.Tədbirdə sənət, ədəbiyyat, mədəniyyət xadimləri, ölkənin aparıcı mətbu orqanlarının və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR