Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU

Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU
SOSİAL
14:11 25.09.2020
2010

Xəbər verdiyimiz kimi, dünən Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Samir Mustafayev tutulub. 

AZXEBER.COM xəbər verir ki, oxu.Az S.Mustafayevin fotosunu əldə edib. 

Həmin fotonu təqdim edirik:

Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR