Bakıda orta məktəbdə partlayış baş verdi - YARALILAR VAR

Bakıda orta məktəbdə partlayış baş verdi - YARALILAR VAR
Bütün Xəbərlər
12:11 19.10.2012
1926
12:06
Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə faktı təsdiqlənib. İdarədən verilən məlumata görə, hadisə yerinə polis nəfərləri cəlb olunub. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
11:47
Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub.
Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub.
 Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağına olub. 
İlki məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.
OXŞAR XƏBƏRLƏR