Bakıda piyada qadın vuruldu - FOTOLAR

Bakıda piyada qadın vuruldu - FOTOLAR
SOSİAL
20:31 03.09.2026
79
Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Mərdəkan dairəsindən Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olan minik avtomobili Şağan qəsəbəsi ərazisində yoldan keçən qadını vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə dərhal polis əməkdaşları cəlb olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

/qafqazinfo

 

 


OXŞAR XƏBƏRLƏR