Bakıda qadını aldadan kişi tutuldu

Bakıda qadını aldadan kişi tutuldu
Bütün Xəbərlər
13:07 14.10.2014
1275
Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 11-də Mustafa Sübhü küçəsində yerləşən mağazada naməlum şəxs orada satıcı işləyən Bakı şəhər sakini Sevinc Qəriblidən xırdalamaq adı ilə fikri yayındırmaqla 100 manat oğurlayıb.Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əmədaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Mehdi Soltanov yaxalanıb. Axtarış zamanı onun üzərindən 0,417 qram heroin götürülüb.Araşdırmalar zamanı məlum olub ki, Mehdi Soltanova əvvəllər də məhkumuq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR