Fəridənin dərsdə karandaş əvəzinə qələm ilə yazması Natəvan Quliyevanın qəzəbinə səbəb olub. O, Fəridəni sözlə təmbeh etmək ya da səhvini düzəltmək əvəzinə çiyinlərindən iki əli ilə tutub möhkəm silkələyib və uşağın üzündən əli ilə vurub. Eyni zamanda o, uşağı nəlayiq sözlər ilə təhqir edib. Uşağa bütün sinif şagirdləri qarşısında fiziki və mənəvi cəhətdən zərbə endirib. Bununla uşağın mənliyinə və şəxsiyyətinə toxunmuş olub. Qeyd etmək istəyirəm ki, bu kimi hallar məktəbdə ilk dəfə deyil. Sadəcə müəllim sonradan pis münasibət göstərə biləcək və həmin münasibət qiymətlərdə də öz əksini tapacağından qorxaraq uşaq susub, bizə heç bir şey bildirməyib. Lakin, bu tək mənim qızımın başına gələn əhvalat deyil. Natəvan Quliyeva mütəmadi olaraq digər şagirdləri də dəfələrlə fiziki təzyiqə məruz edib və nəlayiq sözlər işlədib. Bununla əlaqədar bir neçə dəfə sinif rəhbəri Sara xanım Musayevaya və məktəbin təhsil üzrə müdiri Tünzalə Həsənovaya təhqir olunan və fiziki təzyiaqə məruz qalan uşaqların valideynləri tərəfindən müraciətlər olunub. Lakin, bu müraciətlərin nəticəsində heç bir tədbir görülməyib. Əksinə, həmin şikayyətlərdən sonra Natəvan Quliyeva uşaqlara qarşı daha qəddar olub və şantaj edərək qiymətlərini aşağı salmaqla qorxudub, onları susmağa məcbur edib.
Bu, uşaq üçün psixi cəhətdən çox böyük zərbədir və qəbuledilməz bir münasibətdir. Uşaq müəllimə baxıb ondan davranış qaydalarını öyrənməlidir, müəllim şagirdlərə örnək olmalıdır, şagir müəllimə etibar etməlidir. Biz isə tamamilə əks hal ilə üzləşirik.
Mən israrla Natəvan Quliyevanın onun əmək kitabçasında xüsusi qeyd edilmək şərtilə işdən azad olunmasını tələb edirəm. Çünki bu insan müəllim adlandırıla bilməz və onu uşaqlara yaxın buraxmaq cinayətdir.
Məsələyə aydınlıq gətirmək üçün 175 saylı məktəbin təhsil işləri üzrə direktor müavini Tünzalə Həsənova və şagirdi döyməkdə ittiham edilən Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Natəvan Quliyeva ilə əlaqə saxladıq.Natəvan Həsənova AZXEBER.COM-a açıqlamasında iddiaları təkzib edib: “Dünən Azərbaycan dili dərsində uşaqlara test verdim və onlara testin üzərində qələm ilə yox, karandaşla yazmalarını tapşırdım. Lakin Fəridə adlı şagirdim testi qələmlə yazdı. Mən isə bunun qarşılığında sadəcə bir qədər acıqlı səslə ona reaksiya verdim, vəssalam. Daha valideynin dediyi kimi, nə uşağı döydüm, nə də təhqir etdim. Bu gün isə həmin valideyn (Əlişova Səbinə) məktəbə gəldi və məni bütün uşaqların, müəllimlərin gözü qarşısında təhqir etdi. Mənim yaxamdan yapışıb divara dirədi, ətrafdakı müəllimlər müdaxilə etməsəydi, bəlkə də məni döyəcəkdilər. Məktəbdə məni göstərərək deyir ki, bu tərbiyəsizi məktəbdə niyə saxlamısız?”Təhqir olunmuş müəllimə baş verənlərin ona pis təsir etdiyini bildirdi: “Mənim 52 yaşım var, 30 ilin müəlliməsiyəm. Belə şey mənə çox ağır gəldi. Mən insanlığı tərənnüm edirəm, döymək mənim metodlarıma daxil deyil. İnanın ki, o şagirdə barmağımın ucu da dəyməyib. Bu gün baş verənlərdən şagirdlərim də xəbər tutmuşdu. Mən sinifə qayıtdıqda diz çöküb ağlayırdılar ki, müəllimə, sinifdən getmə. Elə bilirdilər, məni məktəbdən qovacaqlar.”Məktəbin təhsil üzrə direktor müavini Tünzalə Həsənova isə müəlliməni təhqir edən valideyn barədə ölçü götürəcəklərini dedi: “Təhsil ocağında belə şeyin baş verməsi biabırçılıqdır. Biz bu hadisəni aktlaşdırmışıq və həmin valideyni polisə verəcəyik.”Bununla bağlı AZXEBER.COM-a açıqlama verən şagirdin valideyni bildirib ki, bu hadisədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın da məlumatı var və o məsələnin araşdırılacağına, günahkarların cəzalandırılacağına söz verib. Ceyhun