Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
KRİMİNAL
18:28 07.09.2026
82
Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR