Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir
İQTİSADİYYAT
09:33 24.11.2026
89
Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu ("IBF-2026") işə başlayıb.

AZXEBER.COM xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Forumun əsas mövzusu "Etibarlı, təhlükəsiz və davamlı bankçılıq"dır.

IBF dövlət qurumları, maliyyə və bank tənzimləyiciləri, kommersiya bankları, fintex şirkətləri, dövlət və özəl müəssisələr, eləcə də tanınmış maliyyə təşkilatlarının baş direktorlarını, yüksək rütbəli rəhbərləri və əsas qərar qəbul edən şəxsləri bir araya gətirir. O həmçinin beynəlxalq institutlardan, diplomatik missiyalardan, akademik dairələrdən və aparıcı bank və maliyyə xidmətləri təchizatçılarından olan iştirakçıları da qəbul edir.
OXŞAR XƏBƏRLƏR