NFC ilə ödəniş edən sərnişinlərdən niyə sonradan pul çıxılır? - BakıKart-dan açıqlama

NFC ilə ödəniş edən sərnişinlərdən niyə sonradan pul çıxılır? - BakıKart-dan açıqlama
SOSİAL
17:37 29.04.2026
976
Son zamanlar sosial şəbəkələrdə nəqliyyat vasitələrində NFC ödəniş sistemləri ilə bağlı narazılıqlar artır. Sərnişinlər kart və ya telefon vasitəsilə həyata keçirilən ödənişlər zamanı hesablarından əlavə və ya təkrar məbləğlərin çıxıldığını iddia edirlər. 

Məsələ ilə bağlı "BakıKart"dan AZXEBER.COM-a bildirilib ki, sərnişinlər tərəfindən edilən gedişlər üzrə vəsaitlər dərhal deyil, müəyyən zaman sonra kartlarından çıxılır:

"İctimai nəqliyyatda NFC texnologiyası ilə həyata keçirilən ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında işləyir. Bu səbəbdən sərnişinlər tərəfindən edilən gedişlər üzrə vəsaitlər dərhal deyil, müəyyən zaman intervalı ilə bank kartlarından çıxılır”. 

Qurumdan bildirilib ki, kartdan təkrar vəsaitlərin çıxılması sistemdə hər gedişin düzgün şəkildə emal olunması deməkdir:

"Bəzi hallarda istifadəçilərdə ödənişlərin "ardıcıl və ya təkrarlanan çıxılma” kimi görünməsi müşahidə oluna bilər. Lakin bu, sistemdə hər gedişin ayrıca və düzgün şəkildə emal olunması və ödənişlərin gecikmə ilə əks olunması ilə bağlıdır”.

Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir. Mövcud proses NFC ödəniş sisteminin standart işləmə mexanizminə uyğundur.
OXŞAR XƏBƏRLƏR