Balakən rayon sakini həmkəndlisinə məxsus yük maşınını yandırıb. Balakən rayon sakini həmkəndlisinə məxsuz yük maşınını yandırıb. Bu barədə Balakən Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 1960-cı il təvəllüdlü, Balakən rayonu Katex kənd sakini Xınsov İbrahim Mohma oğlu Balakən RPŞ-yə müraciət edərək bildirib ki, ona məxsus “Qazel-3302” markalı, 08 BC 360 dövlət nömrə nişanlı yük maşını 01.05.2013-cü il tarixda gecə saat 01:40 radələrində yaşadığı evin həyətyanı sahəsindən həmkəndlisi, 1977-ci il təvəllüdlü Qalacayev İsa Uluxan oğlu tərəfindən qaçırılıb.Araşdırma zamanı məlum olub ki, İsa Qalacayev həmkəndlisi İbrahim Xınsova məxsus yük maşınını qaçırdıqdan sonra kəndin ərazisində idarə edərək 2 saylı orta məktəbin yaxınlığında saxlayıb. Daha sonra İsa Qalacayev həmkəndlisinə məxsus yük maşınına od vuraraq yandırıb. Yanğın nəticəsində yük maşını yanaraq tam yararsız hala düşüb.