BAMF-ın baş ofisində müşahidəçilərlə ilk görüş keçirildi – FOTOLAR

BAMF-ın baş ofisində müşahidəçilərlə ilk görüş keçirildi – FOTOLAR
SOSİAL
18:04 16.01.2024
198
Yanvarın 15-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi kimi iştirak edəcək heyəti ilə ilk görüş keçirilib. 

AZXEBER.COM xəbər verir ki, BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın 50 nəfərlik müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən seçkilərdə böyük təcrübə qazanmış BAMF-ın əməkdaşları Ruslan İbrahimbəyli, Rey Kərimoğlu və Fuad Abbasov çıxış edərək müşahidəçilərin hüquq və vəzifələri haqqında maarifləndirici təlim keçiblər. 

Onlara seçki günü hansı vacib məqamlara diqqət etmələri ilə bağlı təlimatlar verilib. Tanınmış seçki texnoloqu Ruslan İbrahimbəyli bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışıb: 

"Bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçiriləcək. Bildiyiniz kimi, Xankəndi başda olmaqla Azərbaycanın 30 il  işğal altında olan torpaqları işğaldan azad edilib. Bu çox əlamətdar hadisədir. Sizlər, ölkəmiz və onun gələcəyi üçün çox vacib olan bir seçki prosesini müşahidə edəcəksiniz.”

Görüşdə, həmçinin, BAMF-ın digər müşahidəçiləri ilə region görüşlərinin keçiriləcəyi də qeyd olunub. 

Xatırladaq ki, BAMF-ın Himayəçilik Şurasının yanvarın 3-də keçirilən iclasında 2024-cü il növbədənkənar prezident seçkilərində təşkilatın 50 nəfərlik müşahidəçi heyəti ilə təmsil olunması ilə bağlı qərar qəbul olunub. BAMF prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə seçkilərdə iştirak edəcək müşahidəçi heyətinin 23 fərqli şəhərdə ümumilikdə 30-dan çox dairədə fəaliyyət göstərməsi planlaşdırılıb. 









OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
13:03 21.07.2026
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
12:53 21.07.2026
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
Azərbaycanlılar bu ölkədən deport olundu
12:49 21.07.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
12:26 21.07.2026
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
12:14 21.07.2026
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR
12:07 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR