Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq”, "dəcəl quzu” və "cavan quzu” kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünən bu adlar bəzi istifadəçilər tərəfindən maraqlı marketinq gedişi kimi qiymətləndirilsə də, digərləri bunun etik baxımdan düzgün yanaşma olmadığını və xoş qarşılanmadığını bildirib.
Tanınmış klunarist Tahir Əmirəslanov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu özünü dahi hesab edən yarımçıq aşpazların "yaradıcılığıdır”:
"Savadsız, amma özünü dahi hesab edən yarımçıq aşpazların "yaradıcılığı”!. "Cavan quzu” ( yəqin quzunun qocası da olur). "Dəcəl quzu”da onun kimi…Belə xörəklərimiz yoxdur. Milli mətbəxin axırına çıxırlar”.
Şahanə Ziyad










































