“Bank Respublika” birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

“Bank Respublika” birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
İQTİSADİYYAT
10:01 27.04.2020
970

Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika” 2020-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, hesabata əsasən, bank cari ilin birinci rübündə dinamik inkişaf etməyə davam edib və ötən ilin birinci rübü ilə müqayisədə, bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.

Belə ki, 31 mart 2020-ci ilə bankın məcmu kapitalı 51%, depozit portfeli 27%, kredit portfeli isə 32% artıb. Qeyd etmək lazımdır ki, verilmiş kreditlərin 75%-i Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib.

Ötən ilin birinci rübü ilə müqayisədə, qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq, 1,27% təşkil edib.

2019-cu ilin birinci rübü ilə müqayisədə, bankın xalis mənfəəti dörd dəfə artaraq, 2,9 milyon manat, xalis faiz gəlirləri isə 63% artaraq, 13.2 milyon manat təşkil edib. Hesabata əsasən, bankın aktivləri 1,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 24% çoxdur.

"İlk rübdə həm korporativ, həm də pərakəndə satış istiqamətində əldə etdiyimiz yüksək nəticələr son illərdə qəbul etdiyimiz qərarların doğruluğunu təsdiq edir. Bank bu yüksək nəticələri müştərilərin etimadı, komandamızın yüksək peşəkarlığı, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində əldə edə bilib.

Bu il bank sektoru çox ciddi çağırışlarla üzləşib, lakin mən əminəm ki, dövlətin vaxtında gördüyü effektiv tədbirlər banklara dayanaqlılığı möhkəmləndirməyə və müştərilərinə hər cür dəstək verməyə imkan yaradacaq”, - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

22 may 1992-ci ildə yaradılmış "Bank Respublika” fərdi və hüquqi şəxslərə geniş xidmətlər təqdim edən Azərbaycanın universal özəl bankıdır. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – "KfW bank” qrupunun üzvü DEG İnvestisiya Şirkəti və "Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, "Facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan