Bank Respublika bizneslə məşğul olan həssas əhali qruplarına əvəzsiz dəstək göstərdi

Bank Respublika bizneslə məşğul olan həssas əhali qruplarına əvəzsiz dəstək göstərdi
İQTİSADİYYAT
10:05 09.04.2020
1443
Bank Respublika, ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.

AZXEBER.COM xəbər verir ki, bank bu məqsədlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulmuşdur.

Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim etmişdir.

"Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”. deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
13:11 23.06.2026
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
13:06 23.06.2026
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
13:05 23.06.2026
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
Sabah Bakıda və rayonlarda yağış yağacaq
12:54 23.06.2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Prezident ona yüksək vəzifə verdi - FOTO
12:45 23.06.2026
Prezident ona yüksək vəzifə verdi - FOTO
Psixoloqlardan xəbərdarlıq: Bu amil kişilərdə gərginliyi artırır
12:45 23.06.2026
Psixoloqlardan xəbərdarlıq: Bu amil kişilərdə gərginliyi artırır
Prezidentlərin Şuşada gəzintisindən - Video
12:41 23.06.2026
Prezidentlərin Şuşada gəzintisindən - Video
Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü
12:38 23.06.2026
Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü