Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
İQTİSADİYYAT
10:51 12.06.2026
208
Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü” ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.

Respublika Qan Bankı təşkilatçılığı ilə Bankın Baş Ofisində təşkil olunan aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.

Tədbirə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, rəhbər şəxslər və əməkdaşlar böyük həvəslə qoşulublar. Hər bir donor qanvermədən əvvəl peşəkar həkim-hematoloqların müayinəsindən keçib və proses bütün tibbi tələblərə uyğun həyata keçirilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq gözəl bir ənənəyə çevrilib. İllərdir davam edən bu ənənə sayəsində bank əməkdaşları ehtiyacı olan insanlara dəstək olmaq üçün bir araya gəlir və birlikdə xeyirxah missiyaya töhfə verirlər.

Bank Respublika inanır ki, xeyirxahlıq paylaşıldıqca böyüyür. Bir damla qan, bir ümid, bir həyat deməkdir. Məhz buna görə də bank hər kəsi donor olmağa və bu nəcib missiyaya qoşulmağa çağırır.

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR