Bankdan gələn hər bildirişə inanmayın: Bu mesajlar sizi çaşdıra bilər

Bankdan gələn hər bildirişə inanmayın: Bu mesajlar sizi çaşdıra bilər
SOSİAL
17:57 14.08.2026
177
Bank tətbiqlərindən telefona gələn bildirişlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. 

Xüsusilə "kartınıza pul köçürüldü” kimi mesajlar istifadəçilərin diqqətini dərhal cəlb edir. Lakin bəzən bankdan gələn bildirişi açdıqda qarşıya maliyyə əməliyyatı deyil, reklam və ya kampaniya təklifi çıxır.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bankların bu üsuldan istifadə etməsinin əsas səbəblərindən biri mobil tətbiqlər üzərindən müştərilərə birbaşa çıxış əldə etməkdir.

İnsanlar bankdan gələn bildirişləri digər reklam mesajlarından daha vacib hesab etdikləri üçün onları açmaq ehtimalı da yüksək olur. Banklar isə bundan istifadə edərək kredit, keşbek, kart və digər məhsullarını müştərilərə təqdim edirlər.

Marketinq baxımından bu, diqqəti cəlb edən strategiyadır. Çünki reklam təsadüfi auditoriyaya deyil, artıq bankın müştərisi olan şəxslərə göndərilir. Bu da təkliflərin daha çox diqqət çəkməsinə imkan verir.

Lakin burada müştəri etimadı məsələsi də ortaya çıxır. İstifadəçi bankdan bildiriş gələndə bunun pul köçürülməsi, yoxsa reklam olduğunu ilk baxışdan anlamırsa, bu, narazılıq yarada bilər.

Xüsusilə maliyyə əməliyyatları ilə bağlı bildirişlərlə reklamların eyni üslubda təqdim edilməsi çaşqınlıq yaradır. Buna görə bankların əməliyyat bildirişlərini reklam mesajlarından aydın şəkildə fərqləndirməsi müştəri təcrübəsi baxımından daha məqsədəuyğun hesab edilir.

Fəridə Əsədzadə
[15:56, 8/14/2026] Feride Azxeber: Telefonun batareyası niyə məhz 20%-ə düşəndə
OXŞAR XƏBƏRLƏR