Banklar ipoteka şərtlərini sərtləşdirdi

Banklar ipoteka şərtlərini sərtləşdirdi
İQTİSADİYYAT
15:18 04.06.2015
2201
İpoteka kreditlərinin verilməsi şərtlərində dəyişiklik edilib.
AZXEBER.COM “Marja”ya istinadən xəbər verir ki, banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20% və 15%-dən 50%-ədək qaldırblar.
Məsələn, “Bank Respublika” adi və güzəştli ipoteka üzrə 50%, “Bank Standard” QSC və "Muğanbank" adi ipoteka üzrə 40%, "Xalq" Bankı ASC və "AGBank" isə 30% ilkin ödəniş tələb edir.
“Azərbaycan İpoteka Fondu”ndan “Marja”ya bildirilib ki, Fondun vəsaitləri ilə ipoteka kreditlərinin verilməsi qanunvericilik ilə tənzimlənir. Qanunvericilik müvəkkil banklara müəyyən səlahiyyətlər verir və yalnız ilkin ödəniş nisbətinin aşağı sərəhdini müəyyənləşdirir. İlkin ödəniş 15-20%-dən də yüksək nisbətlərdə tələb oluna bilər.
“Azərbaycan İpoteka Fondunun İnternet resurslarında ipoteka kreditləri barədə bütün məlumatlar yerləşdirilib”, - Fonddan bildirilib.
Banklardan bildirdilər ki, ipoteka kreditləri üzrə 30-50% ilkin ödəniş 2015-ci ilin əvvəlindən, hətta devalvasiyadan öncə tələb olunur və bununla bank öz risklərini azaltmış olur.
Qeyd edək ki, ilin sonuna qədər daşınmaz əmlakın qiymətinin 15-20% ucuzlaşacağı gözlənilir. Həm manatın yenidən ucuzlaşacağı narahatlıqları, həm də daşınmaz əmlakın qiymətinin aşağı düşəcəyi barədə proqnozlar bankları ehtiyatlı olmağa vadar edir.
QANUNVERİCİLİKDƏ MİNİMUM NİSBƏT GÖSTƏRİLİR
“Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na görə, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. Yəni, ilkin ödəniş minimum 15% müəyyən edilir. Banklar bu nisbətdən daha yüksək səviyyədə ilkin ödəniş tələb edə bilərlər.
Məlumat üçün bildirək ki, adi ipoteka maksimal illik 8% dərəcəsilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. İlkin ödəniş minimum 20% (Adi) və 15% (Güzəştli) təşkil edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi