"Barselona" "Vilyarreal"ı məğlub edib

"Barselona" "Vilyarreal"ı məğlub edib
İDMAN
21:23 22.11.2026
78
İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

AZXEBER.COM xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə qonaqların futbolçusu Tayron Byukenan açıb. Tani Oluvaseyi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.

"Barselona" Lamin Yamalın 23-cü dəqiqədə penaltidən yararlana bilməməsinə baxmayaraq, fasilədən sonra hesabı dəyişməyi bacarıb.

Jerar Martin 57-ci dəqiqədə fərqi azaldıb, Fermin Lopes 61-ci dəqiqədə bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə "Vilyarreal"ın futbolçusu Pau Navarro avtoqol müəllifi olub.

Əlavə olunmuş vaxtda Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə 15 xalla 9-cu pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR