AZXEBER.COM xəbər verir ki, Kataloniya klubu hazırda Xulian Alvares, Harri Keyn, Aleksandr İsak və Viktor Osimhen kimi hücumçuları nəzərdən keçirir. Robert Levandovskinin mümkün gedişindən sonra Osimhen də klubun əsas hədəflərindən biri olub.
Məlumata görə, "Barselona” həmçinin "Liverpul”da çıxış edən Aleksandr İsakı da gündəmdə saxlayır, lakin isveçli hücumçu yaxın müddətdə klubunu dəyişmək istəmir. Bu səbəbdən Kataloniya təmsilçisi "Qalatasaray”ın 75 milyon avroya transfer etdiyi Viktor Osimhenin transferini nəzərdən keçirir. "Qalatasaray”ın isə 150 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəyi bildirilir.











































