"Barselona"nın 5 üzvü koronavirusa yoluxdu

"Barselona"nın 5 üzvü koronavirusa yoluxdu
İDMAN
14:06 02.06.2020
1093

İspaniyanın "Barselona” klubunun 5 futbolçusu koronavirusa yoluxub.

AzxeberSport xarici mətbuata istinadən xəbər verir ki, futbolçularla yanaşı, məşqçilər heyətinin iki üzvündə də virus aşkarlanıb. "Barselona”nın üzvləri martda koronavirusa yoluxub. Kataloniya klubu bu məlumatı mediadan gizlətsə də, yerli nəşrlər mart ayında olmuş hadisəni aşkara çıxarıblar.

Hazırda futbolçuların və məşqçilərin tam sağaldığı bildirilir.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.

OXŞAR XƏBƏRLƏR