xari

Baş infeksionist: “Eyni anda həm qripə, həm də koronavirusa yoluxma orqanizmə ciddi ziyan vura bilər”

SAĞLAMLIQ
19:15 16.11.2020
354

Hər ötən gün koronovirusa yoluxma halı artır. Təəssüf ki bu, yaxşı hal deyil. 

Bu barədə Azərbaycanın Baş infeksionisti Təyyar Eyvazov məlumat verib.

O bildirib ki, hazırda ölkədə koronovirusla bağlı vəziyyət sirr deyil, ictimaiyyətə daim məlumat verilir:

"Biz görürük ki, son vaxtlar ölkədə koronavirusa yoluxmanın sayı artır. Təəssüf ki bu, arzuolunan hal deyil. Bu artımın bir səbəbi havaların soyuması, iqlim dəyişikliyidirsə, digər səbəblər insanlardan asılıdır. Cəmiyyətdə insanlar daha çox qapalı vəziyyətdədir və təmas artır.

Yoluxmanın artmasına səbəb insanların yaxın məsafədə bir-biri ilə təmasda olmasıdır. Qapalı məkanlarda havalandırma yoxdur və bu təhlükə riski yaradır. Gərək biz ilk olaraq özümüzü, bununla yanaşı ailəmizi, cəmiyyətin digər üzvlərini qorumuş oluruq”.

T.Eyvazov qrip əleyhinə pevyəndlərlə bağlı məqama da toxunub:

"Bəzi insanlar bu peyvəndləri dəstəkləmir, bəziləri isə bir qədər ehtiyat edir. İnsanların peyvəndlərə qarşı münasibəti fərqlidir, amma insanların çoxu qrip əleyhinə peyvəndi alqışlayır. Hər il respirator viruslar artır. Ona görə bu il qrip əleyhinə peyvəndlərin vurulması daha vacibdir. Respirator virusun bu mövsümdə daha çox yayılması gözlənilir. Yəni təsəvvür edin ki, biz həm qripə, həm də koronavirusa eyni və ya fərqli vaxtda yoluxa bilərəik. Nəticə etibarı ilə orqanizmin zədələnmə ehtimalı daha geniş ola bilər”.

"Peyvənd qrip əleyhinədir və onun vurulması bizim qrip olma ehtimalımızı aradan qaldıracaq. Bu da o deməkdir ki, əgər insan xəstələnsə birmənalı olaraq diqqət koronovirus və digər respirator ehtimallarına yönəldiləcək”, - deyə baş infeksionist qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 2259 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər vəfat edib. COVID-19-a yoluxanlardan 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var

23:23 16.01.2021

Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

22:54 16.01.2021

Adam Məmmədovun verilişi efirə qayıtdı: İnsan və Qanun

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO