Baş infeksionistdən vaksinlərlə bağlı əhaliyə MÜRACİƏT

Baş infeksionistdən vaksinlərlə bağlı əhaliyə MÜRACİƏT
SAĞLAMLIQ
12:14 01.03.2021
934
"COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, digər infeksion xəstəliklərdə olduğu kimi koronavirus zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir:

"Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu, ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.

Mütəxəssis eyni zamanda immuniteti necə dəstəkləmək lazım olduğunu və gücləndirmənin yollarını da açıqlayıb:

"İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr var. Bura illik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmamaq, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət etmək, normal bir gecə yuxusunu təmin etmək daxildir. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir.

Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stressdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir.

Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”