Baş nazir Azərbaycanda ötən ilin işsizlik səviyyəsini açıqladı

SOSİAL
11:56 09.04.2020
357
"2019-cu ildə ölkədə işsizlik həddi ən aşağı səviyyədə - 4.8 faiz olub”. 

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatını təqdim edərkən deyib. 

Baş nazir müvafiq dövrdə Azərbaycanda genişmiqyaslı sosial layihələrin həyata keçirildiyini, makroiqtisadi göstəricilərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti videohesabat şəklində təqdim olunub. 
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR