Baş Nazir iclas keçirdi

Baş Nazir iclas keçirdi
SİYASƏT
20:20 23.09.2020
1051

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AZXEBER.COM-un məlumata görə, iclasda Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və  nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur”. 

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, "büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Cünki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir. 

 

Eyni zamanda prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və  gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”. 

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirmişdir.

Qeyd olunan problemlərin həlli məqsədilə cənab Prezidentin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulmuşdur”.

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınmışdır və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaqdır.

Baş Nazir qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaqdır.

İclasda  iqtisadiyyat naziri  Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri  Səfər Mehdiyev, Qaçqınların və   Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildirdilər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib
18:35 12.10.2026
İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib