Baş pediatrdan valideynlərə çağırış: “Uşaqları qırxı çıxmadan sünnət etdirməyin”

Baş pediatrdan valideynlərə çağırış: “Uşaqları qırxı çıxmadan sünnət etdirməyin”
SAĞLAMLIQ
16:44 05.05.2017
2012

 

"Valideynlər hələ də ləzgi dəllək tapıb uşaqlarını sünnət etdirirlər”.

Bunu respublikanın baş pediatrı Nəsib Quliyev Masallıda azyaşlı uşağın sünnətdən sonra ölməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

N.Quliyevin sözlərinə görə, ara həkimləri, eləcə də valideynlər düşünür ki, sünnət çox asan bir şeydir, beş dəqiqəyə kəsəcəklər və bununla da iş bitəcək: "Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadların yaranmasının başlıca səbəbi odur ki, sünnət əməliyyatı uşaq müayinə edilməmiş müvafiq şərait olmayan bir vəziyyətdə, qeyri-professional şəxslər tərəfindən icra edilir. Bu məsələdə tibb işçilərini günahlandırır, xoşagəlməz sözlər ünvanlayırlar. Bunu da qəbul edirəm, amma ondan qabaq uşağın valideynlərini günahlandırmaq lazımdır”.

 

Baş pediatr əlavə edib ki, uşaqlar bir qayda olaraq ya 2 yaşa qədər, ya da 5 yaşdan sonra sünnət olunurlar: "Bunun tibbi izahı da var. 2-5 yaşlı uşaqlarda qorxu və stress baş verir. 2 yaşlı uşaqlar sünnətin mahiyyətini anlamır. 5 yaşdan sonra uşaqları həkim başa salır ki, bu, qorxulu bir şey deyil və vacibdir.

Bundan başqa, uşaqları heç vaxt 40-ı çıxmadan sünnət etdirmək olmaz. Çox təəssüf ki, indi belə hallar çoxalıb. Valideynlər təkidlə özəl müəssisələrdə sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın orqanizmi tam uyğunlaşmamış bunu etmək olmaz”.

 

N.Quliyev qeyd edib ki, sünnət əməliyyatları həkimləri tərəfindən deyil, mütləq uşaq cərrahı, ya da uşaq uroloqu tərəfindən həyata keçirilməlidir: "Səhiyyə Nazirliyinin, tibb işçilərinin də bu məsələdə birmənalı mövqeyi budur. Sünnətin ara həkimlər tərəfindən edilməsi yolverilməzdir. Əhaliyə tövsiyəmiz odur ki, sünnət üçün professional mütəxəssislərə müraciət etsinlər. Onda belə xoşagəlməz halların qarşısı da alınacaq” .

///ailem.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
23:07 08.06.2026
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video