Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 26 nəfərə çatıb

SOSİAL
11:20 28.09.2020
303

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. 

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azadqaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərəkülli miqdarda ziyan dəymiş, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.

Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə edilib. 

Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

 

 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:25 28.10.2020

Mehriban Əliyeva: “Heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”

19:04 28.10.2020

Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib - VİDEO

18:51 28.10.2020

Bərdədə yaralanan şəxslərin durumu necədir?

18:47 28.10.2020

Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub

18:30 28.10.2020

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"

18:07 28.10.2020

Türkiyə səfiri: "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür"

17:47 28.10.2020

Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı

17:31 28.10.2020

XİN-dən ermənilərin Bərdədə törətdiyi qətliamla bağlı BƏYANAT

17:27 28.10.2020

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

17:21 28.10.2020

Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir”

17:12 28.10.2020

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

17:03 28.10.2020

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

17:02 28.10.2020

Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

16:55 28.10.2020

İran səfirliyi ermənilərin Bərdəyə raket hücumunu pislədi

16:42 28.10.2020

Keçmiş erməni deputat koronavirusdan öldü

16:42 28.10.2020

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb