Baş Prokurorluq növbəti dəfə mediaya xəbərdarlıq etdi

Baş Prokurorluq növbəti dəfə mediaya xəbərdarlıq etdi
MEDIA
15:51 21.12.2021
356
Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib.

Bu barədə AZXEBER.COM-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının çoxalması informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.

Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın, dini ekstremizmin təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən, intiharı təbliğ edən, uşaqlar üçün zərərli olan və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.

Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılmasına görə 2021-ci ilin dekabr ayının 16 və 17-si tarixlərində Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğlu Baş Prokurorluğa dəvət edilərək hərəkətlərinin qanunsuz xarakteri diqqətlərinə çatdırılaraq, onlara analoji fəaliyyətlərinə görə gələcəkdə barələrində daha ciddi tədbirlər görüləcəyi izah edilməklə "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıqlar elan edilib.

Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə "olke.az”, "manevr.az” və digər internet informasiya ehtiyatları barəsində cari ilin dekabr ayının 18-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov Rayon Məhkəmələrinin qərarları ilə hər biri barəsində 1 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub.

Bundan əlavə, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

"Azərbaycanın Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə, onları dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qəti tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır", - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir